İRNA-nın bu gün (şənbə) verdiyi məlumata görə, sionist analitiklər etiraf edirlər ki, Hizbullahın son 17 ildə artan gücü İsrail üçün ən böyük məğlubiyyətdir və hələ də heç kim bununla bağlı heç nə edə bilməyib.
“Yediot Aharonot” qəzetinin hərbi məsələlər üzrə müxbiri Yossi Yehoşua hesab edir ki, İsrail ordusunda Hizbullahın müharibə istəmədiyinə inananların sayı çox olsa da, amma hər kəsə aydındır ki, onun indi baş vermə ehtimalı ikinci Livan müharibəsindən (2006-cı ildə 33 günlük müharibə kimi tanınır) bəri ən yüksəkdir və bu həftə o müharibənin 17-ci ildönümünə təsadüf edir.
Onun sözlərinə görə, Hizbullahla müharibə ehtimalı artıb. Kəşfiyyat məlumatlarına görə, bu, 2006-cı ildən bəri ən yüksək ehtimaldır və bunun bir çox səbəbi var, o cümlədən Hizbullah Təl-Əviv-Vaşinqton arasındakı münasibətlərin zəifliyindən və İsraildəki daxili parçalanmadan yüksək səviyyədə xəbərdardır.
Yehoşua deyir ki, (Hizbullahla çox yaxın olması ehtimal edilən) müharibə İsrail daxilində misli görünməmiş və təcrübə edilməmiş bir müharibə olacaq. Bu, Qəzzadakı müharibələr kimi olmayacaq.
Analtik eyni baxımdan, bu böyük insidentə hazırlaşmaq üçün daxili siyasi çəkişmələrin, o cümlədən məhkəmə dəyişikliklərinin və küçə etirazlarının dayandırılmasının vacibliyini vurğulayaraq yazıb: “İsrailin daxilindəki boşluqlar Hizbullah üçün çox aydındır və onlar bundan istifadə edirlər.”
Sionist analitik eyni zamanda etiraf edir ki, İsrail həlledici dövr yaşayır, lakin Hizbullahla müharibəyə hazır deyil.
O əlavə edib: “Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullah bizim haqqımızda hər şeyi bilir, hətta lazerlərimizin raketlərə qarşı nə vaxt istifadə olunacağını da bilir, nə qədər raket əleyhinə sistemlərimiz olduğunu bilir. Hizbullahın informasiya sistemi var və bizim haqqımızda hər şey ona açıqlanıb.”
Sionist analitik etiraf edir ki, Hizbullahın son 17 ildə daha güclənməsi İsrail üçün ən böyük məğlubiyyətdir və indiyədək bu məsələ ilə heç kim məşğul ola bilməyib.
Analtik işğalçı rejimin rəhbərlərindən istəyib ki, bütün ixtilafları dayandırsınlar və (mümkün gələcək) müharibəyə hazırlaşsınlar, çünki bu gün beş alovlu cəbhə arasında Livan bizə qarşı ən fəal cəbhədir.
Sionist müxbir hesab edir ki, İsrailin hazırda ən böyük problemi Hizbullah və Seyid Həsən Nəsrullahla necə davranmaqdır. Hansı ki, son dövrdə İsraili problemlə üzləşdirir və vəziyyətin daha da pisləşərək müharibəyə sürüklənməsi ehtimalı var.
Vəziyyəti təhlil edən analtik daha sonra yazır: “Bu həftə bizə qarşı beş cəbhə aktiv idi: Qəzza, Suriya, Livan, İordan çayının qərb sahilindəki Cenin düşərgəsi və Təl-Əvivdəki hücumlar. Amma Livan cəbhəsi daha partlayıcıdır və bu risk getdikcə artır.”
Seyid Həsən Nəsrullahın İsrailin daxili zəifliklərini müəyyən etməkdə İsrailin daxili işləri üzrə ekspert kimi olduğunu və bu məsələnin onu riskə getməyə həvəsləndirdiyini etiraf edən Yehoşua, bu faktın sonda İsrailin əleyhinə çevriləcəyindən narahatlıq ifadə edib.
Hizbullah çadırları sionistlər üçün yeni problemdir
“Maariv” qəzetinin yazarlarından olan Alon Ben David də bildirir ki, (İsrail) hərbçilərinin gözü indi növbəti və daha vacib problemlə üzləşməyə, yəni Livan Hizbullahının hərbi çadırlarının (İsrail işğalçılarının) nəzarəti altında olan Livan torpaqlarından çıxarılmasına yönəlib.
David əlavə edir: “Livan Hizbullahına bağlı Rizvan qüvvələri hazırda İsrailin nəzarəti altında olan ərazilərdəki bu çadırlardadır. Bu, gərginliyin artması ehtimalını və Cenində olandan daha yüksək riskləri bizim üçün gətirir.”
“Jerusalem Post” qəzetinin yazarı Tespi Gofer də belə inanır ki, Cenin əməliyyatından sonra əsas məsələ şimal cəbhəsinə (Livanla sərhəd) qayıdı
Hizbullahın hələ də İsrailin nəzarətində (işğalı altında) olan ərazilərdə ən azı bir hərbi çadırının olmasına və orada silahlı insanların varlığına işarə edən ekspert yazır: “Bu çadırların qurulmasından bir aydan çox vaxt keçib və İsrail təhlükəsizlik sisteminin bununla məşğul olmağa başlamasının vaxtı çatıb.”
İsrail ordusunun hərbi kəşfiyyat idarəsinin keçmiş rəisi, ehtiyatda olan general-mayor Amos Yedlin də bugün İsrailə qarşı ən mühüm təhlükənin şimaldan (Livan və Hizbullah) olduğunu bildirir.
Yedlin Negevdə Ben-Qurion konfransı zamanı növbəti müharibədə Hizbullahın mütəşəkkil ordu xüsusiyyətlərinə sahib olacağını vurğulayıb.
O, qarşıdan gələn müharibə zamanı Hizbullahın gücü və bacarığı haqqında deyib: “Bu dəfə gözlənilən İsrail qüvvələrinin Livanın cənubuna deyil, Hizbullahın Livanın şimalına (işğal olunmuş ərazilərə) daxil olmasıdır.”
Sionist rejimin 13-cü kanalı da İsrailin çəkindirmə məsələsinə toxunan bir verlişdə etiraf edib ki, İsrailin çəkindirmə gücü o dərəcədə köhnəlib ki, bu gün belə bir gücün olmadığını söyləmək olar. Digər tərəfdən, İsrailə qarşı çəkindirmə gücünü qazanan Hizbullahdır.
Fələstinin “Səma” Xəbər Agentliyi də bir təhlilində Hizbullahın gücünün artırılmasını müzakirə edərək yazıb: “İsrailin Hizbullahın hərbi qüdrətinin artması qorxusu, uzunmüddətli müharibədən narahatlığı və İsrailin buna hazır olmaması bu rejimdə ard-arda yaşanan daxili böhranlar səbəbindən artmaqdadır. Bu, İsrail mediasının əhəmiyyətli dərəcədə vurğuladığı bir məsələdir.”
“Səma” Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullahın 25 May Müqavimət və Azadlıq Günü münasibətilə etdiyi çıxışı təfərrüatlı şəkildə təqdim edib. Bu çıxışda Hizbullah lideri təhdid etmişdi ki, İsrail yeni axmaqlıq və ya səhv hesablamalara yol verəcəyi təqdirdə böyük müharibə ilə üzləşəcək. Halbuki müqavimət mehvərinin insan gücü çox yüksəkdir, amma qarşı tərəf canlı qüvvənin və müharibədən qaçan əsgərlərin azalması ilə üz-üzədir.
Sizin rəyiniz